Modern.az

Neymar Braziliya millisindən kənarlaşdırıldı

Neymar Braziliya millisindən kənarlaşdırıldı

İdman

15 Mart 2025, 15:00

Braziliya millisinin futbolçusu Neymar yığmanın qarşıdakı oyunlarını buraxacaq.

Modern.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Braziliya millisinin baş məşqçisi Dorival Junior 33 yaşlı futbolçunu DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya (21 mart) və Argentina (26 mart) ilə oyuna çağırıb.

Bildirilir ki, Neymarın yığmaya qatılmaması qərarını komandanın tibbi heyəti verib.

Qeyd edək ki, Neymar Braziliya millisində son oyununu 2023-cü il oktyabrın 18-də Uruqvaya qarşı keçirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər