Modern.az

Millimiz 2 pillə gerilədi

Millimiz 2 pillə gerilədi

24 Mart 2025, 17:14

Cüdo üzrə Azərbaycan millisinin Dünya turunun ümumi sıralamasında mövqeyi zəifləyib.

Modern.az xəbər verir ki, cədvəldə “Böyük Dəbilqə”, Qran-pri və digər yüksək səviyyəli yarışlarda il ərzində çıxış edən komandaların nəticələri yer alıb.

Mövsümün əvvəlində Azərbaycan komandası iki qızıl, iki gümüş və beş bürünc olmaqla, doqquz mükafat qazanıb.

Cüdoçularımızın Avstriya Qran-prisində iştirak etmədikləri, Tbilisidə keçirilən “Böyük Dəbilqə”də mükafat qazana bilmədiyindən Azərbaycan Dünya Turunun ümumi reytinq cədvəlində altıncı yerdən səkkizinci yerə enib.

Qeyd edək ki, Yaponiya birinci (20-15-16), neytral idmançılar ikinci (9-6-9), Fransa üçüncü yerdə (7-7-15) qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər