Modern.az

6 qol vurulan oyun heç-heçə bitdi

6 qol vurulan oyun heç-heçə bitdi

29 Mart 2025, 21:59

Futbol üzrə Misli Premyer Liqasında XXVIII turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, ilk olaraq meydana "Neftçi" və "Araz-Naxçıvan" komandaları çıxıblar. "Neftçi Arena"da təşkil olunan görüş heç-heçə yekunlaşıb - 1:1.

 

Günün ikinci matçında isə "Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunda da heç-heçə qeydə alınıb - 3:3.

 

Bu nəticələrdən sonra "Araz-Naxçıvan" 48 xalla 3-cü, "Sabah" 36 xalla 5-ci, "Neftçi" 32 xalla 6-cı, "Sumqayıt" 29 xalla 7-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, tura martın 30-da yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər