Modern.az

Şəhriyarla Teymur reytinqdə gerilədi

Şəhriyarla Teymur reytinqdə gerilədi

İdman

1 Aprel 2025, 07:55

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb. 

 

Modern.az xəbər verir ki, Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb. O, sıralamada iki pillə geriləyib. 

 

Ötən ayla müqayisədə 4 pillə geriləyən Teymur Rəcəbov (2692) isə 39-cudur. 

 

Rauf Məmmədovun (2657) da reytinqi aşağı düşüb. Ötən ay 67-ci olan qrossmeyster hazırda 69-cudur. 

 

Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837) başçılıq edir.

 

Qadınların sıralamasında Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) 53-cü yeri tutur. Onların hər ikisi ötən ayla müqayisədə iki pillə geriləyiblər. Digər milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci pillədəki mövqeyini qoruyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər