Modern.az

"Qarabağ" məğlub oldu

"Qarabağ" məğlub oldu

İdman

2 Aprel 2025, 19:10

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, açılış oyunu “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilib.

 

“Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Naxçıvan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 28-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos vurub.

 

Yarımfinalın digər oyununda “Neftçi” bu gün “Sabah”la qarşılaşacaq. “Neftçi Arena”dakı görüş saat 19:30-da başlayacaq.

 

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 23-də təşkil olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər