Modern.az

"Sabah" klubu 4000 manat cərimələndi

"Sabah" klubu 4000 manat cərimələndi

İdman

3 Aprel 2025, 13:25

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Modern.az xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qarabağ”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” 700 manat cərimə edilib.

“Neftçi” – “Sabah” matçında azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “ağ-qaralar” 1500 manat ziyana düşüb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində qonaqların məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3-ü şərti olmaqla, 5 oyun cəzalanıb, klub 4000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər