Modern.az

"Arsenal" səfər oyununda xal itirdi 

"Arsenal" səfər oyununda xal itirdi 

İdman

5 Aprel 2025, 18:55

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI tura start verilib.

Modern.az xəbər verir ki, açılış oyununda "Arsenal" səfərdə "Everton"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu qonaqlar vurublar. Leandro Trossard 34-cü dəqiqədə komandasını hesabda önə keçirib. Qarşılaşmada son nöqtəni isə 49-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Lliman Ndiaye qoyub.

Bu nəticədən sonra "Arsenal" 62 xalla 2-ci, "Everton" isə 35 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah oynanılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayndan kritik açıqlama - Dəhşətli hücum başlayır