Modern.az

Mourinyo "Fənərbağça"dan ayrılır?

Mourinyo "Fənərbağça"dan ayrılır?

İdman

5 Aprel 2025, 20:34

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo klubu tərk edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

 

Bildirilib ki, 62 yaşlı mütəxəssislə Braziliya millisi maraqlanır.

 

Qeyd edək ki, daha əvvəl yığmanın baş məşqçi vəzifəsi üçün Karlo Ançelotti və Xosep Qvardiolanın da namizəd olduğuna dair xəbərlər yazılmışdı.

 

Mourinyo 2024-cü ilin yayından "Fənərbağça"nı çalışdırır. Portuqaliyalı mütəxəssisin əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi "Roma" olub. O, əvvəllər "Benfika", "Portu", "Çelsi", "Real", "İnter", "Tottenhem" və "Mançester Yunayted"ə də baş məşqçilik edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu