Modern.az

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

İdman

10 Aprel 2025, 12:20

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Modern.az xəbər verir ki, Könül Mehdiyeva UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Djurgarden” (İsveç) oyununun UEFA nümayəndəsi olacaq.

Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.

Aprelin 17-də Vyanada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər