Modern.az

Alman üzgüçüdən dünya REKORDU

Alman üzgüçüdən dünya REKORDU

İdman

13 Aprel 2025, 10:13

Almaniyadan olan Lukas Mertens İsveçin paytaxtı Stokholmda keçirilən turnirdə 400 metr məsafəyə sərbəst üsulla üzməkdə yeni dünya rekordu vurub.

 

Modern.az xəbər verir ki, L.Mertens bu məsafəni 3 dəqiqə 39,96 saniyəyə qət edərək 2009-cu il dünya çempionatında həmyerlisi Pol Bidermanın nailiyyətini (3 dəq. 40,07 saniyə) üstələyib.

 

Qeyd edək ki, 23 yaşlı Mertens 400 metr məsafəyə sərbəst üsulla üzmə üzrə Olimpiya çempionu və 2022-ci il Avropa çempionatının qalibidir. Onun dünya çempionatından bir gümüş və iki bürünc medalı var.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi