Modern.az

"Real"la "Bavariya" Çempionlar Liqasından kənarda qaldı - YARIMFİNALÇILAR

"Real"la "Bavariya" Çempionlar Liqasından kənarda qaldı - YARIMFİNALÇILAR

İdman

17 Aprel 2025, 08:56

Ötən gecə Çempionlar Liqasında daha 2 yarımfinalçı məlum olub.

Modern.az xəbər verir ki, 1/4 finalın dasha iki cavab oyunu keçirlib.

"Real" ilk matçda 0:3 hesabı ilə uduzduğu "Arsenal"ı "Santyaqo Bernabeu"da qəbul edib. London klubu bu dəfə də üstün olub (2:1) və ümumilikdə 5:1 hesablı qələbə ilə 1/2 finala adlayıb. "Arsenal" yarımfinalda PSJ-yə rəqib olacaq.

"Bavariya" isə "San Siro"da 1 həftə əvvəl məğlub olduğu "İnter"lə qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb və "İnter" növbəti mərhələyə yüksəlib. Milan təmsilçisi yarımfinalda "Barselona" ilə üz-üzə gələcək.

16 aprel

"Real" (İspaniya) - "Arsenal" (İngiltərə) - 1:2

İlk oyun - 0:3


"İnter" (İtaliya) - "Bavariya" (Almaniya) - 2:2

İlk oyun - 2:1


15 aprel

"Aston Villa" (İngiltərə) - PSJ (Fransa) - 3:2

İlk oyun - 1:3


"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) - 3:1

İlk oyun - 0:4


Yarımfinal cütləri: 


"Arsenal" (İngiltərə) - PSJ (Fransa)

"İnter" (İtaliya) - "Barselona" (İspaniya)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi