Modern.az

Premyer Liqada növbəti heç-heçə

Premyer Liqada növbəti heç-heçə

İdman

18 Aprel 2025, 21:21

Misli Premyer Liqasının XXXI turunun açılış oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə razılaşıb.

 

Modern.az xəbər verir ki, “Liv Bona Dea Arena” baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

 

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Qonaqların heyətində Faiq Hacıyev dəqiq zərbə müəllifi olub. Meydan sahiblərinin cavab qolu 53-cü dəqiqədə gəlib. İssuf Paro rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

 

Naxçıvan təmsilçisi matçı azlıqda başa vurub. 77-ci dəqiqədə Vanderson Melo ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.

 

“Araz-Naxçıvan” turnir cədvəlində 53 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 48 xalı var.

 

Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi