Modern.az

"Sabah" "Səbail"ə qalib gəlib

"Sabah" "Səbail"ə qalib gəlib

İdman

19 Aprel 2025, 19:47

Misli Premyer Liqasının XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.

 

Modern.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilmiş oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.

 

Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82, avtoqol) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb. Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Süleyman Alluş (74) dəqiq zərbə müəllifi olublar.

 

Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

 

Xatırladaq ki, turun açılış oyununda "Araz-Naxçıvan" dünən doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi