Modern.az

“Qarabağ” “Neftçi”ni 3 qolla məğlub etdi

“Qarabağ” “Neftçi”ni 3 qolla məğlub etdi

İdman

19 Aprel 2025, 22:14

Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan derbisi Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Abdullah Zubir, Yassin Benzia və Nəriman Axundzadə fərqləniblər.

 

Bu nəticədən sonra xallarını 76-ya çatdıran "köhlən atlar" birinci pillədə qərarlaşıb. Bakı klubu isə 35 xalla 6-cı yerdədir.

 

Görüşü FIFA referisi Elçin Məsiyev idarə edib.

 

Günün ilk matçında "Sabah" autsayder "Səbail"i 3:2 hesabı ilə üstələyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi