Modern.az

Qran-Prinin qalibi məlum oldu

Qran-Prinin qalibi məlum oldu

İdman

20 Aprel 2025, 23:18

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının - Səudiyyə Ərəbistanı Qran-Prisinin beşinci raundunda qalib gəlib.

 

Modern.az xəbər verir ki, yarış Ciddə şəhər trekində baş tutub.

 

İkinci yeri “Red Bull”dan niderlandlı pilot Maks Ferstappen tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Çarlz Lekler tamamlayıb.

 

Piastri 99 xalla ümumi çempionat cədvəlinə başçılıq edir. İkinci yerdə onun komanda yoldaşı britaniyalı Lando Norris (89 xal), ilk üçlüyü isə son dörd dünya çempionatının qalibi Ferstappen (87) tamamlayıb. 

 

Mayın 2-dən 4-dək Mayamidə (ABŞ, Florida) dünya çempionatının altıncı mərhələsi keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi