Modern.az

Daha bir komanda finalda

Daha bir komanda finalda

İdman

23 Aprel 2025, 22:33

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin son oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında “Sabah” və “Neftçi” komandaları üz-üzə gəliblər.

 

“Bank Respublika Arena”da təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin qoluna 23-cü dəqiqədə Cesse Sekidika imza atıb. Qonaqlarda isə Emin Mahmudov 40-cı dəqiqədə fərqlənib.

 

Komandalar arasında keçirilmiş iki oyunun (2:1, 1:1) nəticəsinə əsasən “Sabah” finala vəsiqə qazanıb. “Bayquşlar” həlledici oyunda “Qarabağ”la qarşılaşacaq.

 

Final görüşü mayın 31-də reallaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi