Modern.az

"Azərreyl" çempion OLDU

"Azərreyl" çempion OLDU

İdman

24 Aprel 2025, 18:41

"Azərreyl" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında çempion olub.

 

Modern.az xəbər verir ki, sözügedən kollektiv finalın ikinci matçında "Abşeron"la qarşılaşıb.

 

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma "Azərreyl"in 3:0 (28:26, 30:28, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.

 

Finalın ilk matçı "Abşeron"un eyni hesabla üstünlüyü ilə bitdiyindən qalibi "qızıl set" müəyyənləşdirib Həlledici setdə 15:12 hesablı qələbə qazanan "Azərreyl" qızıl medallara sahib çıxıb və titulunu qoruyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi