Ötən axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.
Modern.az xəbər verir ki, "Barselona" öz meydanında "İnter"i qəbul edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qapılara 6 qol vurulub - 3:3.
Bu komandalar arasında cavab matçı mayın 6-da keçiriləcək.
Qeyd edək ki, yarımfinalın digər ilk oyununda PSJ "Arsenal"a qalib gəlib - 1:0.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 3:3
Qollar: Yamal, 24. F.Torres, 38. Zommer, 65-avtoqol – M.Türam, 1. Dumfris, 21; 64.