Modern.az

"Şamaxı" "Səbail"lə bərabərə qaldı 

"Şamaxı" "Səbail"lə bərabərə qaldı 

İdman

3 May 2025, 19:18

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda "Şamaxı" "Səbail"lə bərabərə qalıb.

 

Modern.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

 

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Alfons Msanqa qonaq komandanın qapısına yol tapıb. 67-ci dəqiqədə isə "status-kvo" bərpa olunub - Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirib.

 

Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb "Səbail" 22 xalla sonuncu - onuncudur.

 

Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?