Modern.az

Cüdoçumuzun qabırğası sındı, yarışa çıxa bilmədi

Cüdoçumuzun qabırğası sındı, yarışa çıxa bilmədi

İdman

3 May 2025, 19:52

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində təsəlliverici görüşə çıxmamasının səbəbi bəlli olub.

Modern.az xəbər verir ki, bu barədə danışan Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib:

"Təəssüf ki, Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarıda dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici görüşə çıxa bilmədi. Təxminən iki-üç ay müalicə almalı olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi