Modern.az

"Qarabağ"dan növbəti qələbə

"Qarabağ"dan növbəti qələbə

İdman

11 May 2025, 22:09

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

 

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

 

Çempionluğunu təmin etmiş "köhlən atlar" xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.

 

Günün ilk matçında "Kəpəz" "Sumqayıt"a qalib gəlib - 1:0.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər