Modern.az

PSJ Çempionlar Liqasının finalına çıxdı - "Arsenal" uduzdu

PSJ Çempionlar Liqasının finalına çıxdı - "Arsenal" uduzdu

İdman

8 May 2025, 00:58

UEFA Çempionlar Liqasında ikinci yarımfinal qarşılaşmasının cavab matçı keçirilib.

Modern.az xəbər verir ki, finala vəsiqə qazanan növbəti komanda Fransanın PSJ klubu olub.

Belə ki, parislilər doğma meydanda "Arsenal"ı qəbul edib. Matç fransızların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən 3:1 hesablı üstünlük əldə edən PSJ adını finala yazdırıb.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 31-i, Almaniyanın Münhen şəhərindəki "Allians Arena"da baş tutacaq. Həlledici oyunda PSJ ilə "İnter" qarşılaşacaq.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə) 2:1

Qollar: Fabian Ruis, 27, Əşrəf Hakimi, 72 - Bukayo Saka, 76
(İlk oyun – 1:0)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil