Modern.az

AFFA 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verdi

AFFA 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verdi

İdman

8 May 2025, 16:38

Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verilib.

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın Lisenziya Komissiyasının iclasında qərar qəbul olunub.

Misli Premyer Liqası təmsilçilərindən “Araz-Naxçıvan”, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə” cari mövsüm avrokuboklarda iştirak etmək hüququ qazanıb.

AFFA həmçinin “Neftçi” və “Sumqayıt”ın qadınlardan ibarət komandalarına da avrokuboklarda iştirak üçün lisenziya verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj