Modern.az

"Sabah" "Şamaxı"nı məğlub etdi

"Sabah" "Şamaxı"nı məğlub etdi

İdman

9 May 2025, 21:02

Misli Premyer Liqasında XXXIV tura start verilib.

 

Modern.az xəbər verir ki, açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib.

 

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.

 

Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.

 

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır.

 

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?