Modern.az

Voleybol Federasiyasının Naxçıvan filialı yaradıldı

Voleybol Federasiyasının Naxçıvan filialı yaradıldı

İdman

22 May 2025, 14:36

Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb.

 

Modern.az-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qurumun dövlət reyestrinə daxil edilməsi ilə bağlı qərar verib.

 

Qurumun əsas məqsədi Azərbaycan Voleybol Federasiyasının fəaliyyət istiqamətlərini əsas götürməklə Naxçıvan Muxtar Respublikasında voleybol idman növünü inkişaf etdirməkdən ibarət olacaq. Hazırda struktur və təşkilati məsələlərin həlli ilə bağlı işlər görülür.

 

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən Naxçıvan Voleybol Federasiyası 2025-ci ilin fevral ayında ləğv olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj