2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda pley-off oyununun vaxtı açıqlanıb.
Modern.az PFL-in saytına istinadən xəbər verir ki, bu mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 4-cü olmuş komanda 28 may saat 16:00-da "ASCO Arena"da pley-off oyununda üz-üzə gələcəklər.
Bununla əlaqədar mayın 26-da (bazar ertəsi) saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.
2025/26 mövsümündə II Liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, II Liqada 4-cü yer "Hypers Quab" tutub. I Liqanın 9-cusu isə Ağsunun "Difai" klubu olub.