Modern.az

Qurban Qurbanov Hans Fliklə bir arada

Qurban Qurbanov Hans Fliklə bir arada

İdman

24 May 2025, 23:59

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub.

 

Modern.az xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas, həm də aşağı yaş komandalarının - U-19, U-15 və U-10 məşqlərini izləyib.

 

Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti, klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb.

 

Flik “köhlən atlar”ın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. 

 

Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj