Modern.az

Azər Bağırov istefa verdi

Azər Bağırov istefa verdi

25 May 2025, 20:15

“Kəpəz”in baş məşqçisi Azər Bağırov istefa verib.

 

Modern.az xəbər verir ki, o, bu barədə “Turan Tovuz”a 0:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında məlumat verib:

 

“Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəldik ki, yollarımızı ayıraq. “Kəpəz” barədə çox danışmaq istəmirəm. Mənim öz baxışlarım var”.

 

“Kəpəz” 2024/25 mövsümünü 32 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?