Modern.az

"Fənərbağça" Avropa Liqasının qalibi oldu

"Fənərbağça" Avropa Liqasının qalibi oldu

İdman

26 May 2025, 00:58

Basketbol üzrə Avropa Liqasının "Dördlər Finalı" turniri çərçivəsində "Monako" və "Fənərbağça" arasında birinci yer uğrunda matç keçirilib.

 

Modern.az xəbər verir ki, görüş 81:70 (18:20, 17:13, 19:18, 27:19) hesabı ilə İstanbul komandasının xeyrinə başa çatıb.

 

Beləliklə, türk klubu Avropa Liqasının qalibi olub, Monako komandası isə gümüş medal qazanıb.

 

"Fənərbağça"nın heyətində ən məhsuldar oyunçu amerikalı forvard Naygel Heys olub. O, 23 xal toplamağı, doqquz ribaund etməyi və bir dəqiq ötürmə verməyi bacarıb.

 

"Monako"nun heyətində ən məhsuldar oyunçu amerikalı forvard Alfa Diallo oldu. Amerikalı 19 xal toplayıb, üç ribaund edib və iki ötürmə verib.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj