Modern.az

Bakıda azarkeş rekordu qeydə alınıb

Bakıda azarkeş rekordu qeydə alınıb

İdman

30 May 2025, 14:38

Minifutbol üzrə Dünya Çempionatında ötən gün keçirilən Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.

Məlumata görə, 1/4 finalın həmin qarşılaşmasını 7007 azarkeş izləyib.

Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.

Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub – 6513.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər