Modern.az

Millimiz dünya çempionatının finalında

Millimiz dünya çempionatının finalında

İdman

30 May 2025, 21:11

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

 

Modern.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqro ilə üz-üzə gəlib.

 

Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Millinin heyətində Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) fərqləniblər.

 

Qeyd edək ki, Azərbaycan həlledici mərhələdə Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər