Modern.az

Azərbaycan millisinin finaldakı RƏQİBİ

Azərbaycan millisinin finaldakı RƏQİBİ

İdman

31 May 2025, 00:33

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

 

Matçın əsas vaxtında hesab açılmayıb.

 

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

 

Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər