Modern.az

“Sabah”ın Avropa Liqadakı rəqibləri - Siyahı

“Sabah”ın Avropa Liqadakı rəqibləri - Siyahı

İdman

2 İyun 2025, 13:02

Azərbaycan Kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.

Klubdan Modern.az-a verilən məlumata görə, artıq Bakı təmsilçisinin Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

“Sabah” bu mərhələdə “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), “Hapoel” (Byer-Şeva, İsrail), “Çelye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya) komandalardan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı