Modern.az

Millətlər Liqasında ikinci finalçı müəyyənləşir - İspaniya Fransaya qarşı

Millətlər Liqasında ikinci finalçı müəyyənləşir - İspaniya Fransaya qarşı

İdman

5 İyun 2025, 11:03

Bu gün UEFA Millətlər Liqasında 2-ci finalçı da müəyyənləşəcək.

Modern.az xəbər verir ki, Almaniyada təşkil edilən və bir oyundan ibarət olan mərhələnin yarımfinalında İspaniya ilə Fransa üz-üzə gələcək.

“Ştutqart Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qalib gələn tərəf finalda Portuqaliya ilə qarşılaşacaq. Portuqaliya ötən gün Almaniyanı məğlub edərək (2:1) finala çıxıb. Yarımfinalın məğlubları isə 3-cü yer uğrunda yarışacaqlar. Hər iki oyun iyunun 8-də keçiriləcək.

5 iyun

Millətlər Liqası, yarımfinal

23:00.İspaniya - Fransa

4 iyun

Almaniya - Portuqaliya - 1:2

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?