Futbol üzrə Özbəkistan milli komandası tarixində ilk dəfə Dünya Çempionatına vəsiqə qazanıb.
Modern.az xəbər verir ki, özbəklər buna DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin IX turunda səfərdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə 0:0 hesabı ilə heç-heçə edərək nail olub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran komanda sona 1 tur qalmış turnir cədvəlində 2-ci yeri təmin edərək, mundialın final mərhələsində iştirak hüququ əldə edib.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı iyunun 9-dan iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək.