Modern.az

Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

İdman

6 İyun 2025, 20:17

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

 

Modern.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasını məğlub edib.

 

Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

 

Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi