Modern.az

"Araz-Naxçıvan" daha 2 futbolçu ilə müqaviləni yenilədi

"Araz-Naxçıvan" daha 2 futbolçu ilə müqaviləni yenilədi

İdman

9 İyun 2025, 13:27

“Araz-Naxçıvan” müqaviləsi başa çatan iki futbolçu ilə yeni müqavilə imzalayıb.

Klubdan Modern.az-a verilən məlumata görə, Nuno Rodriqes və Ramon Maçado 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.

Qeyd edək ki, indiyədək baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə imzalanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi