Modern.az

Mourinyo “Fənərbağça”dan getməyə hazırlaşır

Mourinyo “Fənərbağça”dan getməyə hazırlaşır

İdman

10 İyun 2025, 00:15

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo klubdan getməyə hazırlaşır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı portuqaliyalı çalışdırıcı Londonda “Fənərbağça”nın rəhbəri Ali Koçla görüşüb və müqavilənin ləğvi şərtlərini müzakirə edib.

Mourinyo güzəştə getməyəcəyini açıq şəkildə bildirərək, müqavilənin sonuna qədər olan müddət üçün nəzərdə tutulan 15 milyon avro ödəniləcəyi təqdirdə klubdan ayrılmağa razılaşıb.

Xatırladaq ki, Mourinyo "Fənərbağça"ya 2024-cü ilin yayından başçılıq edir. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında yalnız "Qalatasaray"a uduzaraq ikinci yeri tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi