Modern.az

Millimiz bu gün Macarıstanla qarşılaşacaq

Millimiz bu gün Macarıstanla qarşılaşacaq

İdman

10 İyun 2025, 09:32

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Modern.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

Sizə yeni x var
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ