Modern.az

Azərbaycanlı diplomat evində intihar edib - YENİLƏNİB

Azərbaycanlı diplomat evində intihar edib - YENİLƏNİB

İdman

11 İyun 2025, 13:50

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində intihar edib.

Modern.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Məlum olub ki, iyunun 9-u saat 14 radələrində 1969-cu il təvəllüdlü İlqar Adil oğlu İbrahimov Bakıda yaşadığı mənzildə özünü asıb.

İntiharın səbəbi hələlik məlum deyil.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

İlqar İbrahimov uzun müddət diplomatik sahədə xidmət edib.

Xarici İşlər Nazirliyindən hadisə barədə açıqlama verilməyib.

***

11:44

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü taplıb.

Modern.az Bakupost-a istinadən xəbər verir ki, o, qış aylarında Bakıya qayıdıbmış.

İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.

Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti İlqar İbrahimovla bağlı sorğunu cavablandırmaqdan imtina edib. Bildirilib ki, səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat verilmr.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum