Modern.az

"Sabah" futbolçusu ilə yollarını ayırdı - FOTO

"Sabah" futbolçusu ilə yollarını ayırdı - FOTO

İdman

11 İyun 2025, 15:17

“Sabah” klubu futbolçusu Şakir Seyidovla yollarını ayırıb.

Modern.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum