Modern.az

“Çelsi” Dünya Çempionatına qələbə ilə başladı

“Çelsi” Dünya Çempionatına qələbə ilə başladı

İdman

17 İyun 2025, 09:00

İngiltərənin "Çelsi" klubu Klublararası Dünya Çempionatının qrup mərhələsinin ilk turunda "Los-Anceles"ə 2:0 hesabı ilə qalib gəlib.

Modern.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Mayami şəhərində reallaşıb.

Qolları Pedro Neto (34-cü dəqiqə) və Enzo Fernandes (79) vurub.

“Çelsi” və “Los-Anceles” Braziliyanın “Flamenqo” və Tunisin “Esperans” klubları ilə birlikdə D qrupunda yer alıb. “Çelsi” ikinci turda “Flamenqo” ilə iyunun 20-də, “Los-Anceles” isə iyunun 21-də “Esperans”la qarşılaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK