Modern.az

Dani Bolt "Qarabağ"da

Dani Bolt "Qarabağ"da

İdman

17 İyun 2025, 22:09

"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.

 

Klubdan Modern.az-a verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın “Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.

 

25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı