Modern.az

“Barselona” yeni qapıçı transfer etdi

“Barselona” yeni qapıçı transfer etdi

İdman

18 İyun 2025, 16:24

İspaniyanın “Barselona” komandası yeni transferini açıqlayıb.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Joan Qarsianı heyətinə cəlb edib.

24 yaşlı qolkiperlə 2031-ci ilin yayınadək müqavilə imzalanıb.

O, son olaraq “Espanyol”un formasını geyinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!