Modern.az

Klublarımızın Konfrans Liqasındakı RƏQİBLƏRİ

Klublarımızın Konfrans Liqasındakı RƏQİBLƏRİ

İdman

18 İyun 2025, 16:52

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçiləri “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.

Bu raundda Bakı klubu Xorvatiyanın “Hayduk”, Naxçıvan təmsilçisi isə Yunanıstanın “Aris” kollektivi ilə qarşılaşacaq.

Bu gün, həmçinin UEFA Avropa Liqasında (AL) mübarizə aparacaq "Sabah" komandasının Konfrans Liqasındakı (KL) potensial rəqibi də bəlli olub. Azərbaycan təmsilçisi AL-in I təsnifat mərhələsində Sloveniyanın "Tselye" komandasını keçə bilməsə, yoluna KL-də davam edəcək. Bu turnirdə "Sabah"ın mümkün rəqibi "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24 və 31-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!