Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu Bakıda səfərdədir.
O, İçərişəhərdə yerləşən tarixi Şirvanşahlar sarayının qarşısında Modern.az-ın suallarını cavablandırıb.
Enes Eminoğlu qeyd edib ki, səfərin məqsədi Türkiyə və Azərbaycanın Gənclər və İdman Nazirliklərinin Bakıda keçirilən toplantısında iştirak etməkdir:
"Keçən il Azərbaycanın gənclər və idman nazirini İstanbulda qonaq etmişdik. İşçi qrupun iclaslarını keçirdik. Məqsədimiz Türkiyədəki gənclərin Azərbaycana - Bakıya, Qarabağa gəliş-gedişlərini artırmaqdır. Eyni zamanda, əlbəttə, Azərbaycandan gənclərin Türkiyəyə gediş-gəlişinin artmasını istəyirik. Bu il də gələn il görəcəyimiz işlərlə bağlı iclas keçirdik. İclas ötən gün keçirilib və protokol imzalanıb. Qarşılıqlı səfərləri, kamp layihələrini, mübadilə proqramlarını bundan sonra da daha yaxşı şəkildə həyata keçirməyə davam edəcəyik".
Nazir müavini qeyd edib ki, burada əsas məqsəd keçmişi unutdurmamaqdır: "Cənab Prezident İlham Əliyevlə cənab Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda açılış mərasimində iştirak edəcək. Tariximiz, dilimiz, dinimiz birdir. Gənclərimiz Xocalı soyqırımını unutmamalıdır, Qarabağ zəfərini unutmamalıdır. Aliye İzzetbegoviçin gözəl bir sözü var, soyqırımını əsla unutmayın, unudulan soyqırımı təkrarlanar".
E.Eminoğlu vurğulayıb ki, idmançı mübadilələləri də olacaq: "Gənclər və İdman Nazirliyini bu gün də, dünən də ziyarət etdik. Həm cənab naziri, eyni zamanda nazir müavini ilə görüşdük. Bu gün hətta Olimpiya mərkəzini, oradakı elm akademiyasını, kliniki mərkəzi də gəzdik. İdmanla bağlı da gözəl işlər olacaq. İdmançı mübadilələri həyata keçiriləcək".