Modern.az

Cüdoçularımız Macarıstanda 3 medal qazandılar

Cüdoçularımız Macarıstanda 3 medal qazandılar

İdman

20 İyun 2025, 00:57

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə start verib.

 

100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc medal uğrunda görüşdə tacikistanlı Temur Raximova məğlub olub və medalsız qalıb.

 

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edib.

 

Bununla da idmançılarımız fərdi yarışlarını üç medalla başa vurublar. Yığma üzvlərindən Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Zelim Kotsoyev (+100 kiloqram) bürünc medal qazanıblar. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB