Modern.az

Braziliyalı futbolçu Ağdam klubunda

Braziliyalı futbolçu Ağdam klubunda

İdman

20 İyun 2025, 20:24

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Modern.az xəbər verir ki, Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.

Ağdam təmsilçisi ilə 24 yaşlı braziliyalı futbolçu arasında "3+1" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB