Modern.az

Kikboksçumuz bu gün yarımfinal döyüşünə çıxır 

Kikboksçumuz bu gün yarımfinal döyüşünə çıxır 

İdman

21 İyun 2025, 19:39

Azərbaycan Kikboksinq Federasiyasının milli yığma komandasının üzvü, dəfələrlə dünya və Avropa çempionatlarının və İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elxan Əliyev "Tiger İX Fights" təşkilatının dünya kəməri uğrunda yarımfinda yarışacaq.

Modern.az xəbər verir ki, o, Fransanın Dijon şəhərində 73 kq, K1 versiyasında mübarizə aparacaq. İdmançımızın rəqibi fransalı idmançı Valentin Bon Mardion olacaq. Elxan Əliyev qələbə qazanarsa, final döyüşü isə cari ilin noyabr ayında baş tutacaq


Qeyd edək ki, Elxan Əliyev 2023-cü ildə Almaniyanın paytaxtı Berlində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışda WAKO-Pro Avropa kəmərinə sahib olub. Bundan başqa idmançı 2024-cü ildə WAKO-Pro dünya kəmərinə iddiaçı olub və döyüşdə məğlub olub. 


E.Əliyev "Samux" Kikboksinq Klubunun idmançısıdır. İlk məşqlərini və bütün nailiyyətlərini Azərbaycan Respublikasının əməkdar məşqçisi Elnur Salamovun rəhbərliyi altında əldə edib. 
Hal-hazırda məşqlərinə Sirac Ələkbərovun rəhbərliyi altında hazırlaşır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU