Məşhur rusiyalı MMA ulduzu, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycanın nazirləri ilə görüşüb.
Modern.az xəbər verir ki, o, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə xatirə fotosu çəkdirib.
Azərbaycana səfərindən fotoları instaqram hesabında paylaşan Həbib burada gördüyü xoş münasibət üçün ölkəmizə təşəkkürünü bildirib.
“Azərbaycana buna görə təşəkkür edirəm. Buradakı iki gün heyrətamiz idi”, - o, paylaşımda bildirib.
Qeyd edək ki, UFC-nin Bakıda başa çatan turnirində Nurməhəmmədovun məşqçisi olduğu Taqir Ulanbekov qələbə qazanıb. O, qazaxıstanlı Maksum Azatı (Qazaxıstan) məğlub edib.